Dünya 09:54 26.07.2018

Terrorçu təriqətin həbsdə olan son üzvləri də edam edildi

Yaponiyada "Aum Şinrikyo" təriqətinin həbsdə olan son 6 üzvü də edam edilib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ötən həftələrdə təriqətin lideri Şoko Asahara və digər 6 üzvü də edam edilmişdi. 

Qeyd edək ki, 1995-ci ildə Tokioda yerləşən metroda zarin qazı ilə hücum təşkil edən təriqət üzvləri 13 nəfərin ölümünə səbəb olmuş, 5800 nəfər yaralanmışdı. Hadisədən sonra "Aum Şinrikyo"nun 13 üzvü edama məhkum edilmişdi.

Gülşən