Son iki gündür, sosial şəbəkələrdə yer kürəsində güclü geomaqnit qasırğası olacağı ilə bağlı məlumatlar yayılır. Bu xəbər insanları əməlli-başlı təşvişə salıb. Bəs əslində nə baş verir?
Sürətlə yayılan mesajlar və səs yazıları sakinlər arasında təşviş yaradıb.
narahatlığa səbəb olan sms-lərdə və səs yazılarında qeyd edilib ki, Ay yerə yaxınlaşdığı üçün güclü geomaqnit qasırğası olacaq. sosial şəbəkələrdə yayılan mesajların mətni isə belədir: "Saat 00:30-dan 04:00-a kimi telefonları söndürmək lazımdır. Hər kəs bunu yaxınlarına bildirsin. Şüalar telefonlar vasitəsi ilə insanlara böyük xətər yetirə bilər. Telefonları söndürün və məlumatı hər kəsə yayın"
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri Xıdır Mikayılov "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, hazırda günəşin səthində ləkələr müşahidə edilir:
Şöbə müdiri deyir ki, bu, cari ilin ən güclü alışmalarıdır və yerə 1-2 günə çatacaq, yerin maqnit sahəsinə güclü təsir edəcək. Lakin buna görə təşvişə düşməyə dəyməz.
Mütəxəssislər iddia edirlər ki, müəyyən müddətdən sonra bu alışmalar minimuma enəcək. Bundan başqa, rəsədxananın şöbə müdiri son 2 gündə insanları narahat edən məsələyə də münasibətini bildirib:
Odur ki, həyəcanlanmağa və təşvişə düşməyə əsas yoxdur.(xezerxeber.az)
Qaynarinfo.Az
Şərhlər