Ölkə 10:16 05.03.2020

Tətilə görə müəllimlərin maaşı kəsiləcəkmi? (EKSPERT)

"Orta məktəblərdə elan edilən tətil günləri ilə bağlı ştatda olan işçilərin əmək haqqının ödənilməsində kəsinti, azalma ola bilməz”.

Qaynarinfo xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məktəblərdə virusla əlaqədar elan edilən tətil günlərinin müəllimlərin əmək haqqına təsir edəcəyi ilə bağlı dolaşan fikirlərə münasibətində deyib. 

O, qeyd edib ki, müəllimlərin bununla bağlı narahatlığına heç bir əsas yoxdur: 

"Saathesabı çalışan işçilərin tətil günlərinin dərsləri birləşdirilsə və ya hansısa günlə əvəz olunacağı təqdirdə, ümumilikdə isə jurnalda o dərslər qeyd olunacağı halda yenə də əmək haqqını əvəvlki qaydada tətil elan olunmuş günlər də daxil olmaqla alacaqlar. Bu, Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri” və qaydalarında əks olunub”.

Bahar Rüstəmli