İdman 15:13 07.02.2014

Tevesdən 10 milyon "like"lıq vuruş


İtaliyanın "Yuventus" klubunun Facebook səhifəsinin bəyənilmə (like) sayı 10 milyona çatıb.

Qaynar.info
xəbər verir ki, klubun argentinalı forvardı Karlos Teves mühüm hadisəni özünəməxsus şəkildə qeyd edib.

Teves təxminən 100 metrlik məsafədən topa zərbə endirərək qapı xəttinə qoyulmuş "like" bannerini aşırıb.

Qaynar.info