Dünya 13:54 26.04.2019

Texasın bələdiyyə sədri həbs edildi

ABŞ-ın Texas ştatının Edinburq şəhərinin bələdiyyə sədri Riçard Molina seçki saxtakarlığı və korrupsiyası ittihamı ilə həbs edilib.

Qaynarinfo USA Today-ə istinadən xəbər verir ki, saxtakarlığa Molinanın 2017-ci ildə bələdiyyə sədri seçildiyi seçkilərdə yol verilib. Riçard Molina əsas rəqibi Riçard Qarsiyaya 1240 səs fərqlə qalib gəlmişdi. 

ABŞ mətbuatına görə, Molina 3 saxtakarlıq üzrə 20 min dollar nağd pul alıb. Məsələ ilə bağlı 18 nəfər həbs edilib.  

Gülşən