Ölkə 11:25 08.07.2020

Texniki baxış vaxtı çatan avtomobil sahibləri nə etməlidir? (EKSPERT)

"Avtomobillərin texniki baxışı sərt karantin günlərinə düşən sürücülərə güzəşt olunacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı avtomobillərin texniki baxışdan keçməsi ilə müddətin uzadılıb-uzadılmamasından danışarkən deyib.

"Texniki baxış və ona əlavə olunan 20 gün müddət sərt karantin günlərinə düşərsə, bu sürücülərə güzəşt olunacaq. Amma yenə də imkanları varsa, cıxa bilirlərsə, bunu həll elmək daha doğru olar. İndi daha rahatdır, orada boşluqdur. Çox rahat şəkildə avtomobili texniki baxışdan keçirmək olur".

Elməddin Muradlı bildirib ki, avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı vaxtın uzadılması haqda hər hansı qərar yoxdur:

"Dövlət Yol Polisi pandemiya ilə əlaqədar mart-aprel aylarında açıqlama vermişdi ki, sürücülərə güzəşt olunacaq. Amma yumşalma dövründə bəzi sürücülər arxayınlaşdı, avtomobillərini texniki baxışdan keçirmədi. İndi yenə də sərt karantin dövrüdür. Məsələ araşdırılır. Məlum olsa ki, yumşalma dövründə imkanı ola-ola texniki baxışa getməyib, həmin sürücülərə cərimə tətbiq oluna bilər". 

Bahar Rüstəmli