Xəbər lenti

Texniki Universitetlə bağlı İDDİA
Ölkə 02:40 26.01.2014

Texniki Universitetlə bağlı İDDİA

Havar Məmmədov rektorluqdan cıxarılacaq…

Sumqayıt Dövlət, Gəncə Dovlət Universitetlərinin rektorlarının işdən cıxarılması, Azərbaycan Muəllimlər İnstitutunun bir necə filial direktoruna qarşı cinayət işinin acılması Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovu da narahat etməyə başlayıb.

Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, buna səbəb univerisitetdəki qış sessiya imtahanlarının kecirilməsi deyil. Çunki hamı bilir ki, builki qış sessiya imtahanları univerisitetdə şəffaf kecirilir. 

Bu hal artıq mətbuatda müqayisəli şəkildə işıqlandırılıb. Lakin Havar Məmmədovun narahatcılığına səbəb saxta diplom verilməsidir. Saxta diplomların verilməsində Texniki Univerisitetin də adı hallana bilər.

Məlumatda qeyd olunur ki, rektor universitetdə özünə yaxın dekan və prorektorları bir yerə yığaraq gizli iclas cağırıb, qabaqlayıcı tədbirlər planının nədən ibarət ola biləcəyini muzakirə edib.

Təhsil naziri Mikayıl Cabbarovun apardığı son islahatlardan narahat olan Havar muəllim institutda aparılan təmir işlərindən ona catacaq külli miqdarda pulun tezliklə təmin edilməsini yaxın cevrəsinə həvalə edib.

Hətta, o qeyd edib ki, onu universitetdən işdən cıxarsalar belə, başqa munasib işlə təmin edəcəklər. Bu səbəbdən “hec kim fikirləşməsin ki, Havar Məmmədovun arxası ilə danışmaq, Texniki Universitetə ayrılan budcə vəsaitlərinin mənimsənilməsini dilə gətirmək, KİV-ə material öturmək olar”, - deyə rektor deyib.

Məlumat ucun onu da bildirək ki, bir necə gun bundan qabaq universitetdə aparılan təmir işləri ilə bağlı bir fəhlə dunyasını dəyişib. Bu hadisə Havar Məmmədovun vəziyyətini bir qədər ağırlaşdırıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->