Foto 11:50 26.11.2021

Teymur Macarıstanda xəstəxanalıq oldu (FOTO)

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbovun başına iş gəlib.

Qaynarinfo xəbər verir ki, nə baş verdiyini açıqlamayan idmançı çəliklə hərəkət etdiyi anın fotolarını paylaşıb.

O qeyd edib ki, bir müddət əvvəl az qala ayaqlarından olacaqmış:

"Avropa Komanda Çempionatının başlamasından iki həftə əvvəl iki ayağım var idi. Macarıstan hakimiyyəti və tibbi personalı sayəsində indiyədək iki ayağım var. "Göz dəyməsin” adlı albomumdan daha bir foto. Özümü Kriştianu Ronaldu kimi hiss edirəm. Düzdür, milyonlarla avrosuz, "Lamborghini”siz və s.”.