Xəbər lenti

Tez evlənmək sağlamlığa xeyirdir - Alimlər belə düşünür
Sağlamlıq 21:00 04.06.2019

Tez evlənmək sağlamlığa xeyirdir - Alimlər belə düşünür

Mütəxəssislər hər zaman maraqlı və faydalı kəşfləri ilə diqqət çəkiblər. Onların bir çoxu isə səhhətimiz üçün faydalıdır.

Qaynarinfo axşam.az-a istinadən sizlərə yararlı olacaq iki maraqlı məsləhəti təqdim edir:

Amerika alimləri əmindirlər - tez evlənmək sağlamlığa xeyirdir

ABŞ-da yerləşən Penn-Steyt Universitetinin alimləri hesab edirlər ki, ailə qurmağın ən normal vaxtı 18-25 yaş arasıdır. Bu yaşda ailə həyatı qurmaq gənclərin və onların gələcək övladlarının sağlamlığı üçün yaxşıdır. Psixoloqları 8 min gənc ailə arasında apardıqları sorğu zamanı belə nəticəyə gəliblər ki, 18-25 yaş arası evlənən gənclər öz uşaqları ilə mehriban olurlar, onlar depressiyaya düşmürlər, ailələrində söz-söhbət az olur. Eyni zamanda gənclər bilməlidirlər ki, gənc yaşda ailə qurmaq, təhsili sona yetirmək demək deyil. Siz həm işlərinizi qaydasında görə, həm də uşağınıza qayğı göstərə bilərsiniz.

Britaniya Kalumb Universitetinin alimləri əmindirlər - İnsan nə qədər çox xərcləyirsə, bir o qədər çox xoşbəxt olur

Alimlər 623 nəfər arasında sorğu aparıblar və onlara suallar ünvanlanıb: "İl ərzində siz nə qədər pul xərcləyirsiniz və nə alırsınız?". "Siz nə qədər xoşbəxtsiniz?". Sorğu zamanı məlum olub ki, sən demə, ən xoşbəxt insanlar xeyirxahlıq, dostları və qohumları  üçün pul xərcləyənlərdir. Alimlər bu qənaətə gəliblər ki, əliaçıq insanlar xoşbəxt olur və onlar hamıya yaxşılıq etməyi sevirlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->