Video 21:55 25.07.2018

Tikinti materialları bazarında qiymətlər (VİDEO)

Yay fəsli tikinti sektorunda canlanmaya səbəb olsa da qiymətlərdə artım müşahidə edilməyib. Ölkəmizdə tikinti materialları istehsalının genişlənməsi və xaricdən gətirilən məhsulun çoxluğu qiymət artımının qarşısını alıb.

Xezerxeber.az-ın məlumatına görə, təklifin tələbə nisbətən çox olması qiymətlərin artmasına imkan vermir.

Satıcıların sözlərinə görə, bazarda qiymətlər iki ay əvvəlki vəziyyətlə eynidir. Xüsusən də taxta, armatur, sement və bu kimi əsas istifadə edilən materialların qiymətində artım olmayıb.

Bazarda 8-lik armaturun 1 metri 45 qəpik, 32-liyin 1 metri isə 7 manatdan təklif edilir.

Bazarda olan dam örtüklərinin qiyməti 6 manatla 12 manat arasında dəyişir.

Satıcılar onu da bildirir ki, bu il havalar həddindən çox isti keçdyindən tikinti işi gördürənlərin sayında ötən ilə nisbətən azalma müşahidə edilib.