Dünya 15:05 25.03.2018

"Time" jurnalı: Yüksələn çar Putin

Məşhur "Time" jurnalının 2 apreldə çıxacaq yeni nömrəsinin üz qabığında Rusiya prezidenti Vladimir Putinin fotosu yer alacaq.

Qaynarinfo xəbər verir ki, başında tac yerləşdirilən Putin barədə "Yüksələk çar" ifadəsi yer alıb. Yeni nömrənin əsas yazılarından biri siyasi jurnalist Mixail Ziqarın "Vladimir Putin zirvədə qalmağı necə bacarır?" məqaləsi olacaq.

Qeyd edək ki, jurnalın Avropa, ABŞ, Yaxın Şərq və Afrika, Asiya-Sakit okean sayları çıxır. Putin sadəcə ABŞ nömrəsinin üz qabığında yer almayacaq.

Gülşən