Dünya 14:39 03.03.2014

Timoşenko təcavüzdən danışdı

“Rusiya ilə danışıqlar olmayacaq”

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Rusiya ilə danışıqların perspektivindən söz açıb. 

Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Y. Timoşenko Moskva ilə müzakirələrin qeyri-mümkünlüyünü vurğulayıb. 

Onun sözlərinə görə Rusiyanın hərbi müdaxiləsi Ukraynanın Avropa yolundakı azadlıqlarının göstəricisidir. Keçmiş nazir söyləyib ki, onlar azadlıq zirvəsini tam olaraq fəth edib. “Təcavüzkarların planı isə Krımda gərginliyin və ümumilikdə Ukraynada təlaşın olmasına xidmət edir. Rusiya Ukraynada diktatura rejimini geri qaytarmaq, sosial, iqtisadi vəziyyətin aşağı düşməsi üçün müxtəlif təzyiq metodlarına əl atır”, -deyə Timoşenko bildirib. 

Sabiq baş nazir Rusiyanı Krımda saxta referendum keçirməyin təşkilatçısı olmaqda da ittiham edib.

Qaynar.info