Dünya 12:28 29.11.2013

Timoşenkodan tarixi ÇAĞIRIŞ


Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenko Avropa Birliyinə (AB) tarixi çağırış edib.

Qaynar.info
xəbər verir ki, Timoşenko Avropa Birliyinin Ukrayna ilə imzalayacağı Əməkdaşlıq Müqaviləsi üçün qurumu onun azad edilməsi ilə bağlı irəli sürdüyü şərtləri ləğv etməyə çağırıb.

Timoşenkonun qızı Yevgeniya Timoşenko anasının Avropa Birliyinə müqavilə üçün irəli sürülən şərtləri ləğv etməyə çağırdığını bildirib. Timoşenko Vilnüsə gedən bütün AB liderlərinə, "Hamınızı çəkinmədən mənim də azad edilməyim daxil olmaqla bütün ön şərtləri ləğv edərək cümə gününə qədər müqaviləni imzalamağa çağırıram" səslənib.

Qeyd edək ki, Avropa Birliyi ilə Ukrayna arasında Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ müqavilə imzalanması gözlənilirdi. Timoşenkonun xaricdə müalicə almasına şərait yaradan qanunun parlamentdə təsdiq olunmaması səbəbindən bu müqavilə imzalanmadı.

Qaynar.info