Ölkə 17:45 17.09.2020

Tofiq Yaqublunun məhkəməsinin vaxtı məlum oldu (YENİLƏNİB)

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclasının vaxtı məlum olub.

Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, iclas sentyabrın 28-i saat 15.00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq. 
 
 ***17:00

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsindəki hökmdən verilən apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Qaynarinfo xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim dilən apelyasiya şikayəti bu gün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu 16 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.