Dünya 10:12 11.01.2022

Tokayev KTMT qoşunlarınn Qazaxıstandan dəqiq çıxma vaxtını açıqladı

İki gündən sonra Qazaxıstanda KTMT sülhməramlı kontingentinin çıxarılmasına başlanılacaq. 

Qaynarinfo xəbər verir ki, bunu respublika prezidenti Kasım-Jomart Tokayev bəyan edib və əlavə edib ki, bu, on gündən çox çəkməyəcək.

Onun sözlərinə görə, KTMT sülhməramlı qüvvələrinin əsas missiyası artıq başa çatıb.

"İki gündən sonra Qazaxıstanda KTMT-nin vahid sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Qoşunlar 10 gün ərzində respublika ərazisini tərk etməli olacaqlar”, - deyə Tokayev parlamentin iclasında bildirib.
 
Alpər