Dünya 10:53 10.06.2019

Tokayev Qazaxıstanın yeni prezidenti seçildi

Qazaxıstanda ötən gün baş tutan növbədənkənar prezident seçkilərinin nəticəsi bilinib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, 7 namizədin mübarizə apardığı seçkidə Qasım Comərd Tokayev Qazaxıstan prezidenti statusuna sahib çıxıb. "Nur-Otan" Partiyasının namizədi 70,76% səs qazanıb.

Xatırladaq ki, ölkənin 25 illik rəhbəri Nursultan Nazarbayev 20 martda istefa vermişdi.

Gülşən