Foto 09:49 06.03.2020

Tolik İH başçısının yataq otağına "girdi"... (FOTO)

Tarix Əliyev (Tolik) bəzi icra başçılarını efirdə yenidən tənqidi ilə diqqət mərkəzinə düşüb.

Qaynarinfo Milli.Az-a istinadən xəbər verir ki, aparıcı bəzi məmurların vəzifələrindən sui-istifadə edib iş kabinetlərindən başqa məqsədlər üçün istifadə etdiklərini bildirib:


"Bəzi elə manyaklar var ki, vəzifəyə gələn kimi köhnə icra başçısının kabinetini sökərək yenidən remont etdirir, mebelləri dəyişdirir. Elə icra başçıları var ki, kabinetin arxasında yatmaq üçün "spalni"si - yatmaq yeri var. Ora iş yeridir e, istirahət yeri deyil. Özlərinə 50 minə kreslo alırlar, oturanda deyir "Sultanım, xoş gəldin", belə gic-gic şeylər. Sultan Süleymana qalmayan bu dünya sizə də qalmayacaq. Rəhmət qazanın özünüz üçün".

Fotoları təqdim edirik