Maqazin 16:30 10.06.2020

"Toppuş bacı" yenidən xəstəxanaya yerləşdirildi: "Əvvəllə qayıtdıq"

Xərçəng xəstəliyindən əziyyət çəkən, Əməkdar artist Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə əməkdar artist sosial şəbəkə hesabına yazıb. O, xəstəliyinin ağırlaşdığını bildirib:

"Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata”.

Qeyd edək ki, bir müddət əvvəl o, şiş hüceyrələrinin böyrək yollarına sıçradığını bildirmişdi.