İdman 00:14 04.05.2013

Toşak: "Rəqibin ən güclü oyunçusu qapıçısı idi"

“Rəqibin ən güclü oyunçusu qapıçısı idi. Komandamız bugünkü oyunda qalib gəlməyə layiq idi. Buna baxmayaraq, yaratdığımız bir çox qol imkanından istifadə edə bilmədik".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqanın 29-cu turunda "Kəpəz"lə oyndan (1:0) sonra keçirilən mətbuat konfransında deyib. 

Uelsli baş məşqçi komandasında çatışmazlıqlar olduğunu deyib: "Heyətin 5-6 futbolçusu zədə səbəbindən bu gün bizə kömək edə bilmədi”.

Qaynar.info