Video 22:17 14.10.2018

Tovuzda bir əsrdən artıq yaşı olan bazar (VİDEO)

Tovuzda bir əsrdən artıq yaşı olan bazar var. Buranın başqa bazarlardan fərqi səhər tezdən fəaliyyətə başlayaraq cəmi 3-4 saat işləməsidir. Elə buna görə də "sərçə bazarı" adlandırılır. 

Bu bazarı almanlar qurduğu üçün yerli sakinlər uzun illər almansayağı dəqiqliklə qorunan bəzi adətlərə hələ dəsadiq qalırlar.

Söhbət Tovuzda yerləşən "Sərçə Bazarı"ndan gedir. Rayonda yaşayan almanlardan yadigar qalan bu bazarın 1 əsrdən artıq yaşı var. 30 yaxın satıcı hər gün səhər tezdən küçədə yerləşən bazara gələrək müxtəlif ərzaq məhsulları satır. Bazar səhər saat 6-dan 10-a kimi işləyir.

Hərə öz təsərrüfatından gətirdiyi məhsulları səhər tezdən yolun kənarına düzərək müştəri gözləyir. Alıcıları bu bazara cəlb edən isə məhsulların təzə və yerli olmasıdır.

Yerli sakinlər uzun illər almansayağı dəqiqliklə qorunan bəzi adətlərə hələ dəsadiq qalırlar. Qiymətlər də mərkəzi bazara nisbətən aşağıdır. Məhsullar isə alıcıların tələbinə uyğun olaraq dəyişir.

Bu bazardan ilhamlanan sakinlər ətraf kəndlərdə də belə ticarət məkanları formalaşdırırlar. (Xəzər TV)