Ölkə 23:07 15.02.2019

Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. 

İlkin məlumatlara görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Tovuz rayonunda qohumunu gülləyən şəxs saxlanılıb.