Foto 10:30 15.08.2020

Tovuzda yaralanan əsgərin evi təmir olundu (FOTO)

Tovuz döyüşlərində yaralanan Masallının Sığıncaq kənd sakini əsgər Nurlan Quliyevin evi təmir olunub.

Qaynarinfo cenub.az-a istinadən xəbər verir ki, artıq Nurlan da evinə qayıdıb.

N. Quliyevin yaralarının çoxu sağalıb. O bildirib ki, bir neçə gündən sonra yenidən cəbhə bölgəsinə gedəcək.

Əsgərin əmisi Xalid Quliyev evi təmir edən bütün yardımsevərlərə təşəkkür edib.