Ekonomiks 18:15 08.12.2018

Tovuzdakı tenderlərin yarısını bir nəfər udub (MƏBLƏĞ)

Tovuz İcra Hakimiyyəti keçirdiyi tenderlərin qaliblərini elan edib.

Qaynarinfo fed.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyəti 2018-ci ilin əvvəlindən bu günə kimi 6 müqavilə bağlayıb. Bağlanılan müqavilələrin ümumi dəyəri 321 min 18 manat təşkil edib.

İcra Hakimiyyəti ən çox müqaviləni fərdi şəxs olan Xanlar Namazovla bağlayıb. Bu şəxslə bağlanan 3 müqavilənin ümumi dəyəri 24 min 247 manat olub.

İcra Hakimiyyəti tərəfindən ən yüksək məbləğdə müqavilə "Kərbəlayınamazlı”  MMC ilə bağlanıb. Bu müqavilənin ümumi dəyəri 197 min 838 manat olub.
 
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!