Video 23:50 24.10.2017

Toylarda oxunan mahnıya görə müəllifə pul veriləcək (VİDEO)

Şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa oluna musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcək.

"Qaynarinfo"nun Xəzər TV-yə istinadən məlumatına görə, bu qərar Nazirlər Kabineti tərəfindən "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı" haqda qanundakı dəyişiklikdə qeyd olunub.

Veriləcək qonorar mahnı ifa edən musiqiçilər tərəfindən yox, məhz obyekt sahibləri tərəfindən ödəniləcək. Həmin obyektlər əgər icarəyə verilibsə, məsələ anlaşma yolu ilə olacaq.

Restoran və şadlıq evi sahibləri isə heç cür bu qayda ilə razılaşmaq istəmir. Qonorarın verilməsini obyektlər bu şəkildə ödəməyi planlaşdırır.

Yığılan məbləğ ay sonunda müəlliflər arasında bərabər sayda bölünəcək. Buna nəzarət isə həmin obyektlərdəki kameralar vasitəsi ilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində neçə mahnı və kimlərin mahnısı ifa olunub.

Qaynarinfo.Az