"Düşünürəm ki, bu qərar yarımçıqdır və bunun üzərində yenidən dərhal təcili şəkildə işlənilməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı Operativ Qərargahın toyların keçirilməsinə icazə verilməsi ilə bağlı qərarının cəmiyyətdə narazılıq yaradan səbəblərini izah edərkən deyib.
Partiya başqanı hesab edir ki, toyların keçirilməsi iqtisadi bir hərəkətliliyə səbəb olacaq:
"Bazarlar, şadlıq saraylarına ərzaq verən fermer təsərrüfatları, dükanlar, tamadalar, günəmuzd işçilər və s. bunların hamısı dövriyyəyə girəcək. Toylarla bağlı verilən qərar əslində bir az da yubadılmış qərardır. Yayın bir ayı itirilir, qərar iyulun 1-dən qüvvəyə minir. Əslində qərar may ayının ortalarında verilməli idi. Mülayim və açıq hava şəraitində toyların keçirilməsi əlverişli idi, yoluxma risqi də olmazdı. Amma bunlar nəinki may, iyun ayının sonuna kimi toyların keçirilməsinə icazə vermədilər. Artıq il yarımdan çoxdur ki, toylara icazə verilmir. Yığılıb qalan xeyli sayda toylar var. İnsanlar da ailə qurmaq, evlənmək, övlad toyu görmək istəyir. Qarşıdan Məhərrəmlik ayı gəlir, bizim millətin adətinə görə bu ayda toylar olmur. Onların hər biri narazılıq yaradan səbəblərdəndir”.
Partiya başqanının fikrincə, qərarda göstərilən toy şərtləri də narazılıq yaradır:
"Azərbaycanın mental dəyərlərini nəzərə alsaq, 50-150 nəfər çox azdır. 150 nəfər qız ilə oğlan evinin ən yaxın ailə üzvləridir, əlavə qonaq çağırılmasına imkan verilmir. Burada da yenə açıq hava və qapalı məkandakı şərtlərin eyni olması da absurddur. Bu, doğru deyil. Eyni zamanda COVİD-19 pasportunun tələb olunması məsələsi də var. Bu gün Azərbaycanda neçə faiz insanın pasportu var və bu nə dərəcədə effektivdir? İnsanlara bildirirlər ki, COVİD-19 vaksinasiyası könüllüdür. Sonra da qərar verirlər ki, COVİD-19 pasportun yoxdursa, toya gedə bilməzsən. Bu boşluqlar aradan qaldırılmalıdır, insanlar narazı salınmamaıdır. Nə qədər isti aylardır, insanlara şarait yaratmaq lazımdır ki, evlənsinlər, ailə qursunlar, cəmiyyətdə toplanmış gərgnlik bir az da olsa yumşalsın”.
Bahar Rüstəmli
Şərhlər