İdman 23:03 03.09.2020

"Traktor" İran kubokunun qalibi oldu

Futbol üzrə İran kubokunun final oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, həlledici oyunda Cənubi Azərbaycan təmsilçisi "Traktor”la Tehran təmsilçisi "İstiqlal” üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda Təbriz klubu 3:2 hesablı qələbəyə sevinib. 

Qeyd edək ki, "Traktor” tarixində ikinci dəfədir İran kubokunu qazanır. Təbrizlilər ilk dəfə 2014-cü ildə belə uğura imza atmışdılar.