Video 22:27 14.03.2018

"Traktor Sazi azarkeşləri: "Nə mutlu türkəm deyənə" (VİDEO)

Asiya Çempionlar Liqasının 4-cü turunda BƏƏ "Əl-Cəzirə" komandası ilə qarşılaşan Təbrizin "Traktor Sazi" klubunun azarkeşləri stadionda millətçi şüarlar səsləndirib.

Qaynarinfo xəbər verir ki, sosial media hesablarından paylaşılan görüntülərdə bütün stadion boyu "Ne mutlu türkəm deyənə" sədasını eşitmək olar.

Matç 1:1 hesabı ilə başa çatıb və Cənubi Azərbaycan təmsilçisi 2 xalla qrupda sonuncu yerdə qərarlaşıb. 

Xatırladaq ki, İran Birinci Futbol Liqasında 29 xalla 10-cu sırada olan "Traktor Sazi" klubunun baş məşqçisi türkiyəli mütəxəssis Ertuğrul Sağlamdır.