Cənubi Azərbaycan təmsilçisi "Traktor"un azarkeşi komandanın məğlubiyyətinə dözməyərək ölüb.
Qaynarinfo xəbər verir ki, hadisə İran çempionatının XIII turunun "Persepolis” - "Traktor” oyunundan sonra baş verib.
Təbriz təmsilçisinin 1:2 hesablı məğlubiyyətindən sonra Rasul Musavipur adlı azarkeş ürəktutmasından vəfat edib.
Qeyd edək ki, 13 görüşdə cəmi 11 xal toplayan "Traktor" 16 komanda arasında 13-cüdür.
Şərhlər