Dünya 11:13 29.03.2018

Tramp Ağ Evdə növbəti dəyişikliyə qərar verdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə növbəti dəyişiklik barədə məlumat verib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Veteran İşləri naziri Deyvil Şalkin qısa müddət ərzində vəzifəsindən gedəcək. Onun yerinə Tramp şəxsi həkimi olan admiral Ronni Ceksonu gətirəcək. 

Ağ Ev hələlik bu dəyişiklik barədə məlumat yaymayıb. 

Qeyd edək ki, Cekson ABŞ-ın sabiq prezidenti Corc Buş dövründən ölkə prezidentlərinin həkimi olub.

Gülşən