Dünya 11:06 28.10.2020

Tramp ABŞ-ın qapılarını bu üç ölkənin qaçqınlarına bağladı

ABŞ Prezidenti Donald Tramp 2021-ci maliyyə ilində 1 oktyabrda başlayan qaçqın qəbulu limitini 15.000-ə endirib.


Qaynarinfoxəbər verir ki, bu, 1980-ci ildən bəri ən aşağı göstəricidir. 2020-ci ildə Amerika Birləşmiş Ştatları 18 min, 2019-cu ildə 30 min nəfəri qəbul edib.


Xüsusən Suriya, Yəmən və Somalidən məcburi köçkünlər artıq ABŞ-a girə bilməyəcək. İstisnalar yalnız vəziyyəti humanitar baxımdan xüsusi narahatlıq doğuranlar üçün olacaq.

 

Alpər