Dünya 22:06 14.03.2019

Tramp “Boeing”lərin uçuşlarını qadağan etdi

ABŞ "Boeing 737 MAX-8” və "MAX-9” tipli təyyarələrin uçuşlarını müvəqqəti olaraq dayandırır.

RİA-Novosti bildirir ki, bu haqda ABŞ prezidenti Donald Tramp məlumat verib.

Trampın sözlərinə görə, uçuşlar xüsusi sərəncama kimi dayandırılacaq.

Xatırladaq ki, ötən bazar günü Efiopiya Hava Yollarına məxsus "Boeing 737 MAX-8" tipli sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, qəza nəticəsində 157 nəfər ölüb.

Ondan sonra dünyanın 25 hava yolu şirkəti həmin təyyarələrin istismarından imtina edib. Avstraliya, Sinqapur, Malayziya, İndoneziya, Çin, Cənubi Koreya, Oman kimi ölkələrin şirkətləri adıçəkilən təyyarənin istismarını dayandırıblar.