Dünya 10:17 23.02.2019

Tramp bu şəxsi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin etmək istəyir

ABŞ prezidenti Donald Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi postuna namizədini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Kanadadakı səfiri Kelli Nayt Kraft bu vəzifəyə namizəd kimi irəli sürülüb. 

Qeyd edək ki, daha əvvəl bu posta Ağ Ev sözçüsü Hezə Nauertin namizədliyi irəli sürülmüş, lakin sözçü şəxsi səbəblərdən dolayı bu vəzifədən imtina etdiyini açıqlamışdı.

Gülşən