Dünya 10:37 07.06.2018

Tramp ilkə imza atdı: Ağ Evdə iftar verdi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə ilk dəfə iftar verib.

Qaynarinfo xəbər verir ki, yeməyə bir çox müsəlman ölkələrin Vaşinqton təmsilçiləri qatılıb. Dəvətlilər arasında Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, İraq, Qətər, Bəhreyn, Mərakeş, Əlcəzair, Liviya kimi ölkələrin nümayəndələri yer alıb. 

İftar süfrəsinə Amerikalı Müsəlman vətəndaş cəmiyyəti nümayəndələri dəvət edilməyib. Ağ Evin bu addımı kənarda təşkil edilmiş iftar süfrəsi ilə protest edilib.

Qeyd edək ki, Ağ Evdə iftar süfrəsi açmaq ənənəsi 1996-cı ildən bəri davam etdirilir. Lakin Tramp ötən il bu ənənəni pozmuşdu, bu il isə gözlənilmədən qərarını dəyişdi.

Gülşən