Ekonomiks 11:24 06.05.2019

Tramp Çini 25%-lə hədələdi

ABŞ prezidenti Donald Tramp Çin məhsullarına əlavə vergi tətbiq etməklə hədələyib.

Qaynarinfo xəbər verir ki, ABŞ rəhbəri bu barədə "Twitter" hesabında məlumat verib. Tramp bildirib:
"Çin 10 aydır ki, ABŞ-a 50 milyard dollarlıq texnologiya məhsulları üçün 25%, 200 milyard dollarlıq digər məhsullar üçün isə 10% vergi ödəyir. Ödənişlər bizim iqtisadi nəticələrimizdə müəyyən rol oynayır. 10% vergi cümə günündən etibarən 25% olacaq. Vergi tətbiq edilməyən 325 milyard dollarlıq isə qısa müddət ərzində 25% gömrük vergisi ilə üzləşəcək. Çinlə danışıqlar davam etsə də, proses çox yavaş irəliləyir." 

Qeyd edək ki, ABŞ və Çin arasında ötən ildən başlayan iqtisadi müharibə ətrafında müzakirələr hələ də davam etdirilir. Bu həftə danışıqlar çərçivəsində növbəti görüş gözlənilir, lakin ABŞ prezidentinin açıqlamasından sonra Çin ticarət danışıqlarının ləğv edilməsi barədə xəbərdarlıq edib. 

Gülşən