Ekonomiks 11:13 23.03.2018

Tramp Çinlə ticarət müharibəsinə start verdi

ABŞ prezidenti Donald Tramp Çinə tətbiq ediləcək 60 milyard dollar gömrük rüsumu barədə qərarı imzalayıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın 100 milyard dollar ticarət kəsrini azaltmağı hədəfləyən qərar çinli biznesmenlərin ABŞ-a investiviya qoymasına da məhdudiyyətlər tətbiq edir. 

Məsələ ilə bağlı açıqlama verən Çin bu qərarla razılaşmayacağını, lazımi tədbirlərin görüləcəyini bildirib:
"Çin ticarət müharibəsi istəmir, amma belə bir savaşdan da qorxmur".

Çin ticarət nazirliyi ABŞ-ın bu ölkəyə idxal etdiyi 128 məhsula əlavə vergi tətbiq etməyə hazırlaşır. Mərhələli həyata keçiriləcək tədbirin ilk hissəsində 977 milyon dəyərində quru və təzə meyvə, polad, şərab və s. məhsullara əlavə vergi tətbiq ediləcək. 2-ci mərhələdə isə 1,99 milyard dollarlıq, donuz əti, alüminiumun da daxil olduğu 9 məhsula 25% əlavə vergi qoyulacaq. 

Gülşən