Dünya 11:17 15.09.2020

Tramp İrana xəbərdarlıq etdi: "Min qat ağır cavab veriləcək"

ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun Əl-Qüds xüsusi təyinatlı dəstəsinin komandiri Qasım Süleymaninin ölümünə cavab olaraq atıla biləcək İran hücumlarına min qat daha ağır cavab verməyə hazır olduğunu açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Twitter-də yazıb.

Amerika lideri mediadakı məlumatlara istinad edərək, İranın Əl-Qüds lideri Süleymaninin öldürülməsinin qisası olaraq ABŞ-a bir sui-qəsd və ya başqa bir hücum hazırlaya biləcəyini qeyd edib.

Qeyd edək ki, bir qədər əvvəl mediada İran hakimiyyətinin Amerikanın Cənubi Afrikadakı səfiri Lana Marksın həyatına qəsd təşkil etmək ehtimalının olduğu vurğulanmışdı.

Alpər