Dünya 13:26 04.06.2018

Tramp-Kim Çen görüşündə pul problemi: otel xərcini ödəmək istəmirlər

12 iyunda Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında keçiriləcək tarixi görüşdə növbəti problem yaşanır.

Qaynarinfo xəbər verir ki, Şimali Koreya "Fullerton" otelində keçiriləcək görüşün xərclərini çəkmək istəmir, ABŞ isə pulu ödəmək fikrində deyil. Nüvə silahlarının tamamilə arasından qaldırılması üçün beynəlxalq təşkilat olan "ICAN" xərcləri öz üzərinə götürüb. 

5 ulduzlu "Fullerton" otelinin 1 gecəlik xərci 6 min dollardır. ABŞ xarici işlər nazirliyinin sözçüsü Hezə Nauert isə Şimali Koreya tərəfinin xərclərini ödəməyəcəklərini bəyan edib. 

Gülşən