Tramp Meksika prezidentinə: "Divarın pulunu siz ödəyəcəksiniz"

Tramp Meksika prezidentinə: "Divarın pulunu siz ödəyəcəksiniz"

ABŞ prezidenti Donald Tramp Almaniyanın Hamburq şəhərində keçirilən "Böyük 20-lik" ölkələrinin görüşü çərçivəsində Meksika prezidenti Enriki Pena Nieto ilə bir araya gəlib.

"Qaynarinfo" "Independent"ə istinadən xəbər verir ki, Donald Tramp Meksika ilə sərhəddə tikilməsi nəzərdə tutulan sərhəd divarı barədə danışıb. O bildirib ki, bu divarın pulunu Meksika tərəfi ödəyəcək. Enriki Pena isə bu fikri təsdiqləyərək "əlbəttə" cavabını verib. 

Qeyd edək ki, tərəflərin görüşü Trampın prezidentliyinin ilk aylarına təyin edilmiş, lakin bu məsələdə yaranmış fikir ayrılığına görə təxirə salınmışdı. ABŞ sərhəd divarının Meksikadan ölkəyə qeyri-qanuni yollarla daxil olan cinayətkarların qarşısını almaq üçün çəkilməsini istəyir.

Gülşən

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR