Xəbər lenti

Dünya 09:56 14.09.2020

Tramp: Obamaya Nobel mükafatını boş yerə veriblər

Barak Obamanın Nobel Sülh Mükafatına layiq olmadığını hesab edirəm.

Qaynarinfo xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sələfi Obamanın  Nobel Sülh Mükafatına layiq görülməsindən danışarkən deyib.

"Ondan soruşublar: "Bu mükafatı nəyə əsasən əldə etdiniz?” Onda o bu suala cavab verə bilməyib, xatırlayırsınızmı?" - deyə indiki Amerika lideri qeyd edib. Trampın sözlərinə görə, ABŞ prezidentliyinə hazırda Demokratların namizədi soruşub: "Bəs mən?" Deyildiyinə görə ona belə cavab verilib: "Lənət şeytana bu kimdi, nə iş görüb bu?”

Eyni zamanda, Ağ Evin başçısı, ötən gün Ərəb-İsrail və Serbiya-Kosovo münaqişələrinin həlli üçün apardığı fəaliyyətə görə bu mükafata iki dəfə namizəd göstərildiyini vurğulayıb. "Ancaq saxta media bu barədə məlumat vermədi”, - Tramp deyib. 

Xatıladaq ki, Barak Obama beynəlxalq diplomatiyanı gücləndirmək səylərinə görə Nobelə layiq görülüb.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->