Dünya 18:57 23.03.2019

Tramp "Qolan Təpələri"nə dair sənədi imzalamağa hazırlaşır

ABŞ prezidenti Donald Tramp növbəti həftə Qolan Təpələrini İsrailin ərazisi kimi tanıyacaq.

Qaynarinfo xəbər verir ki, müvafiq sənədin imzalanma mərasimi 25-26 martda İsrailin Baş Naziri Benyamin Netanyahunun Vaşinqton səfəri zamanı baş tutacaq. 

Qeyd edək ki, Tramp bu addımı barədə 21 martda sosial şəbəkə hesabında məlumat verib və etirazlara səbəb olub. Qolan Təpələri Fələstinlə İsrail arasında mübahisəli ərazi hesab edilir.

Gülşən