Dünya 14:16 02.06.2020

Tramp qubernatorlara tapşırıq verdi: "Tədbirləri sərtləşdirin!"

"Nümayişçilərə qarşı ən sərt tədbirlər alınmalıdır".
 
Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. O, ştat qubernatorları ilə telekonfrans keçirib və aksiyaların qarşısının alınması barədə müvafiq tapşırıqlarını verib. Ağ Ev rəhbəri güc strukturlarına da öz iradını bildirib və onları zəiflik nümayiş etdirdikləri üçün tənqid edib.

"Vəziyyət olduğu kimi qalır. Məncə bunun qarşısını almaq bu qədər çətin olmamalıdır. Biz buna nail olacağıq. Çoxlu adamınız var. Ehtiyacınız olduğu qədər qadın və kişiyə sahibik. Hökmranlıq sizdə olmalıdır. Əgər belə olmasa, deməli vaxtınızı boşa keçirmiş olursunuz. Sizi ciddi qəbul etməyəcəklər. Siz bir yığın axmaq kimi görünəcəksiniz".
 
Tramp həmçinin nümayişçilərin saxlanılması və onların uzun müddət həbs edilməsi barədə göstəriş verib. Bildirib ki, belə davransalar, bu tip hadisələr bir daha yaşanmaz.
 
"Mən Filadelfiyada, Dallasda nələr olduğunu gördüm. Onlar bir oğlanı ölümünə sürüyürdülər. Aqibəti haqda məlumatım yoxdu. Amma sağdırsa belə bu möcüzədir. Həyatım boyu belə vəhşilik görməmişdim".
 
Camal