Siyasət 21:03 25.03.2019

Tramp rəsmən Qolan təpələrini İsrail ərazisi kimi tanıdı

Tramp İsrailin Colan üzərindəki suverenliyinin tanınmasına dair sənədə imza atıb.

Qeyd edək ki, Qolan təpələri Suriya ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan edib. Beynəlxalq təşkilatlar isə bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.