Dünya 15:27 24.02.2020

Tramp şəxsən Talibanla sövdələşməyə hazır olduğunu dedi

ABŞ lideri Donald Tramp Əfqanıstandakı Taliban radikal hərəkatının nümayəndələri ilə sazişi möhürləmək qərarına gəlib. 

Qaynarinfo bildirir ki, bu barədə Agence France-Presse prezidentə istinadən məlumat verib.

"Bəli, mən buna imza atardım", - prezident deyib.

Tramp hesab edir ki, Taliban döyüşməkdən yorulub. Bundan əlavə, o, əfqan xalqının çoxdan gözlənilən bir sülhə ehtiyacı olduğunu və ABŞ əsgərlərinin "vətənlərinə dönməyin vaxtı çatdığını" bildirib.

Ağ Ev rəhbərinin "Talibanla sövdələşmə” adlandırdığı müqavilənin fevralın 29-da imzalanacağı gözlənilir.

Bundan əvvəl ABŞ və Taliban arasında danışıqlar nəticəsiz qalmışdı.