Dünya 09:49 25.03.2019

Tramp və Rusiya istintaqdan üzüağ çıxdı

Rusiyanın ABŞ-dakı seçkiləri müdaxiləsi ilə bağlı heç bir sübut tapılmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Baş Prokuroru Vilyam Barr xüsusi istintaq prosesinə rəhbərlik etmiş Robert Müllerin hesabatını şərh edərkən bildirib. Məsələ ilə bağlı Konqresin hüquq komitələrinə xüsusi məktub göndərilib. 

İstintaq prosesində ABŞ prezidenti Donald Tramp və onun seçki kampaniyasının üzvlərinin Rusiya ilə əlaqəsi və bu ölkənin seçki prosesinə müdaxiləsi barədə sübutlar əldə edilməyib.

Gülşən