Dünya 11:48 17.02.2020

Tramp öz “Limuzin”i ilə yarışa qatıldı

ABŞ prezidenti Donald Tramp Florida ştatında NASCAR assosiasiyasının keçirdiyi Daytona-500 yarışının açılış mərasimində iştirak edib. O bunun üçün o, "The Beast” ("Heyvan") adı ilə tanınan limuzinindən istifadə edib.

Qaynarinfo xəbər verir ki, limuzin və onu müşayiət edən maşınlar yolun dörddə bir dairəsi boyu hərəkət ediblər. Bundan əlavə, Tramp tamaşaçılar qarşısında çıxış edib, onları ABŞ vətənpərvərləri, yarışı isə "ölkənin həqiqi şöhrəti" adlandırıb.

Mediada yayılan məlumatlara görə, Daytona-500-ün açılışında Trampa qədər ABŞ-ın digər prezidentləri - xüsusən də oğul və ata Buş, habelə Ronald Reyqan iştirak ediblər.
 
Alpər