Dünya 17:00 16.04.2019

Trampa öz partiyasından ilk rəqib

Massaçusetsin sabiq qubernatoru Vilyam Veld ABŞ prezident seçkilərində iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, Veld hazırkı prezident Donald Trampın təmsil olunduğu Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb. Sabiq qubernator Trampa öz partiyasından rəqib olan ilk şəxsdir. 

CNN-ə açıqlama verən Veld Trampın 2-ci dəfə ABŞ prezidenti seçilməsinin siyasi tragediyaya səbəb olacağını bildirib.

Gülşən