Dünya 13:31 17.02.2019

Trampdan Avropa ölkələrinə İŞİD xəbərdarlığı

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrinə İŞİD-lə bağlı xəbərdarlıq edib və tələb irəli sürüb.

Qaynarinfo xəbər verir ki, Tramp "Twitter" hesabında bildirib:
"ABŞ Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələrindən Suriyada həbs edilən 800 İŞİD terrorçusunu təhvil almağı və onları hakim qarşısına çıxarmağı tələb edir. Xilafət çökmək üzrədir. ABŞ İŞİD döyüşçülərinin Avropaya yayılmasını izləmək istəmir. Daha çox çalışmaq və daha çox vaxt xərcləmək lazımdır. Başqalarının addım atmaq və bacardığını etmək vaxtıdır. Biz Xilafət üzərində tam qələbədən sonra geri çəkiləcəyik".

Gülşən