Siyasət 12:00 21.09.2018

Trampdan Qarabağ şərhi: "Münaqişənin həlli üçün imkanlar açılır”

ABŞ prezidenti Donald Tramp müstəqillik günü münasibətilə Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı məktubunda Dağlıq Qarabağ münaqişəsindən də söz açıb.

"Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır. ATƏT-in Minsk Qrupunun həmsdər dövləti kimi ABŞ münaqişənin uzunmüddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır.