Dünya 17:38 08.10.2019

Trampdan Türkiyə ilə bağlı yeni təəccüblü açıqlama (FOTO)

Türkiyənin Suriya əməliyyatına yaşıl işıq yandıran çəkilmə qərarından sonra ABŞ-da sərt reaksiya ilə qarşılaşan Prezident Donald Tramp bu mövzudakı tvitlərinə Türkiyəni tərifləyən yenilərini əlavə edib. 

Qaynarinfo xəbər verir ki, Tramp tvitində Ərdoğana xahişindən sonra amerikalı rahib Andreu Kreyq Brunsonun evinə sağ-salamat geri döndüyünü ifadə edərək "Bir xüsusi məqamı da unutmayın ki Türkiyə NATO-nun etibarlı üzvlərindən biridir. Prezident Ərdoğan 13 noyabrda Vaşinqtonda qonağım olacaq”, - deyə yazıb. 

Başqa bir tvitində isə ABŞ prezidenti bunları qeyd edib: "Bir çoxları Türkiyənin ABŞ-ın böyük bir ticarət ortağı olduğunu unudur. Türkiyə F-35-lərin polad gövdəsini hazırlayır. İdlibdə bir çox insanın canını qurtarmaqda da mənə kömək etdilər”. 
 


Alpər