Dünya 21:18 24.03.2018

Trampı biabır edəcək CD (FOTO)

ABŞ prezidenti Donald Trampla münasibətdə olduğu iddia edilən porno aktrisa Stormi Danielsin vəkili Maykl Avenatti əlindəki CD və ya DVD-nin şəklini paylaşaraq prezidenti hədələyib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, fotonu "Twitter" hesabından paylaşan Avenatti başlıqda "Əgər bir foto min sözə dəyirsə, bu neçə sözə dəyir?" cümləsini yazıb.

Vəkil CD-nin Tramp və Daniels arasındakı münasibətin sübutu olduğunu bildirib. 

Qeyd edək ki, əsl adı Stefani Klifford olan Stormi Daniels 2006-cı ildə Donald Trampla münasibətdə olduğunu iddia edir. Ona mediada bu barədə danışmamaq üçün 2016-cı ildə müqavilə təklif edilib və 130 min dollar pul ödənilib. Lakin münasibət barədə dəfələrlə açıqlama verən Daniels Tramp tərəfindən məhkəməyə verilib. ABŞ prezidenti buna görə 20 milyon dollar təzminat tələb edir. 

Gülşən